
Macarıstanın Baş naziri: “Buna xüsusi əhəmiyyət veririk”
“Türk Şurasına üzv dövlətlərlə Macarıstan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb”.
APA-nın xəbərinə görə, bunu Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir.
V.Orban Macarıstan hökumətinin türkdilli ölkələrdən olan tələbələr üçün təqaüd proqramları ayırdığını da vurğulayıb.
Baş Nazirin sözlərinə görə, Macarıstanın müvafiq bankı tərəfindən türk dünyasından olan iş adamları üçün kredit xətti açılıb.
Türk Şurasının VII Zirvə Görüşündə iştirak üçün dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən V. Orban Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevi qıpçaqların böyük dostu adlandırıb.
“Macarıstanda qıpçaqlar yaşayır, macarların qanında qıpçaq qanı axır”, - deyə Macarıstanın Baş Naziri qeyd edib.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59