Leyla Əliyeva Rusiyanın azərbaycanlı gəncləri ilə görüşdü.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) üzvləri ilə görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında keçirilən görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub.
Botanika bağına iki nar tingi hədiyyə olunub. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüş gənclərin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.
939