İran Prezidenti Azərbaycana gəldi
24 oktyabr 2019 13:06 (UTC +04:00)

İran Prezidenti Azərbaycana gəldi

 
İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün bu gün Azərbaycan Respublikasına səfərə gəlib.
 
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar