
İlham Əliyev Fransanın milli bayramı münasibətilə Emmanuel Makronu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının milli bayramı münasibətilə Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Fransa əlaqələri xoş ənənələrə malikdir. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur.
Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyirəm”.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59