İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
30 oktyabr 2019 15:22 (UTC +04:00)

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.
 
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Oxşar yazılar