Həmsədrlər Azərbaycana gəldi
17 oktyabr 2019 10:36 (UTC +04:00)

Həmsədrlər Azərbaycana gəldi

 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Bakıya gəlib.
 
APA-nın məlumatına görə, vasitəçilər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.
 
Qeyd edək ki, həmsədrlərin regiona səfəri oktyabrın 14-də başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə danışıqlar aparıblar.
 
Oktyabrın 16-da isə vasitəçilər işğal altında olan Azərbaycan ərazilərinə səfər edib separatçı Dağlıq Qarabağ rejiminin başçısı isə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar