Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
20 sentyabr 2019 20:22 (UTC +04:00)

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verdiyini bildirib. 
 
APA-nın məlumatına görə, bu barədə o, özünün "facebook" səhifəsində status yazıb. 
 
O bildirib ki, bunu "üzvü olduğu partiyaya ziyan dəyməməsi üçün" edir. 
 
"Barəmdə deyilən ittihamlar təhrif olunub, mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxil münaqişə yaşamışam. Baş verənlərə görə də peşmanam. Həmin vaxt yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb. Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub".
 
F. Qəhrəmanlı qeyd edib ki, daha sonrakı illərdə həyat yoldaşı ilə "o dönəmin yaralarını sarıb": "Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram".
 
Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur dünən sosial şəbəkədə status yazaraq, atasının son 10 ildə ona və anası, yazar Zümrüd Yağmura işgəncə verdiyini, AXCP sədri Əli Kərimlinin də bu vəziyyətdən xəbərdar olduğunu qeyd edib. O bildirib ki, bütün bu işgəncələrin nəticəsi olaraq atasından imtina edir. 
 
Daha sonra F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur və digər qızı Sənay Yağmur da ailələrində zorakılıq halları olduğunu təsdiqləyiblər.
 
Qeyd edək ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur sentyabrın 19-da “Facebook” səhifəsində atasının həyat yoldaşı Zümrüd Yağmura və qızlarına qarşı zorakılığa yol verdiyi qeyd olunan açıqlama ilə çıxış edib. S.Yağmur bunu əsas gətirərək atası Fuad Qəhrəmanlıdan imtina etdiyini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1987
avatar

Oxşar yazılar