
Fəthiyə bələdiyyə sədri rayondakı prospektə Qarabağ adını verdi
Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirin Muğla vilayətinin Fəthiyə rayonunda yeni seçilən bələdiyyə sədri Alim Karaca Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmli bir işə imza atıb.
Bələdiyyə sədri Türkiyənin ən turistik bölgələrindən biri olan Fəthiyədə keçmiş Kenan Evren prospektinin adını dəyişdirərək Qarabağ prospekti adının verilməsinə dair sərəncam imzalayıb. Hazırda Qarabağ prospektində təmir işləri gedir və Azərbaycan rəsmilərinin də iştirakı ilə açılışı gözlənilir.
Lent.az-a bu barədə Ankara şəhərində yerləşən “ANKA” Azərbaycan Rəqs və sənət klubunun rəhbəri, eləcə də Dünya Rəqs və Dünya Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Dərya Akdemir məlumat verib. Dərya Akdəmir bildirib ki, bununla əlaqədar Azərbaycan adına Fəthiyə bələdiyyə sədri Alim Karacanı ziyarət ediblər.
Dərya Akdəmirin sözlərinə görə, keçən ay Ankarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş beş ölkənin iştirak ilə keçirilən “Bir ürəkdə iki can” adlı mədəniyyət və incəsənət tədbirində Muğlada Qarabağ prospektinin salınmasında verdiyi dəstəyə görə, Fəthiyə bələdiyyə sədri də mükafatlandırılıb: "Alim Karacaya Türkiyə - Azərbaycan münasibətlərini inkişaf etdirmək baxımından verdiyi dəstəyə görə Azərbaycan adından təşəkkür bildirib və bələdiyyə sədrinin adına hazırlanan plaket təqdim edib:
“Düşünürəm ki, bu sayədə Ulu öndər Heydər Əliyevin də dediyi kimi “bir millət iki dövlət olan ölkələrimiz arasında qardaşlıq əlaqələri inkişaf tempi üzərində davam edəcək”.
Qeyd edək ki, Qarabağ prospekti Fəthiyənin elə bir yerindədir ki, Fransa, İngiltərə, İtaliya, Almaniya və digər xarici ölkələrdən gələn turistlər o küçədən keçməli olur. Prospektin bir neçə yerində Azərbaycan həqiqətlərinə dair məlumat lövhəsinin vurulması da nəzərdə tutulub. Bundan başqa Alim Karaca Xocalı parkının salınması üçün təklifə baxılacağını qeyd edib.
Oxşar yazılar

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09