Əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır!" ideyası olmalıdır - Əli Əhmədov
10 oktyabr 2019 14:45 (UTC +04:00)

Əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır!" ideyası olmalıdır - Əli Əhmədov

 
 
“Prezident İlham Əliyevin “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır". 
 
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. 
 
Ə. Əhmədov vurğulayıb ki, ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvana ciddi mesajlar göndərib: "Bunun birincisi, Ermənistan cəmiyyəti, rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərilərinə götürüb. Bu ünvanlardan digəri də Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülüb. Hesab edirəm ki, münaqişə nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır!" ideyası olmalıdır". 
 
Münaqişənin həlli ilə bağlı hazırkı duruma münasibət bildirən YAP sədrinin müavini bildirib ki, danışıqlar prosesində iştirak edən tərəflər bəllidir: "Bu tərəflərdən biri də Ermənistandır. Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932
avatar

Oxşar yazılar