Ermənistan zorakılığı İƏT-in Təmas qrupunun iclasında bir daha pislənib
23 sentyabr 2019 22:09 (UTC +04:00)

Ermənistan zorakılığı İƏT-in Təmas qrupunun iclasında bir daha pislənib

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas qrupunun iclasında Ermənistanın  qeyri-qanuni  hərəkəti bir daha pislənildi. Təmas Qrupunun Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərməsinin vacibliyi vurğulandı", - deyə türkiyəli nazir bildirib.

İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib. XİN sözçüsü Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb ki, nazir dinc danışıqların gələcəyinin dünya ictimaiyyətinin iqtidarına və qətiyyətinə, o cümlədən İslam Ümmətinin dərhal və qətiyyətli hərəkət etməsinə bağlı olduğunu bildirib.

Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təmas Qrupunun yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilata üzv ölkələrin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar