Ərdoğan bu tarixdə Azərbaycana səfər edəcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 14-15-də Bakıda keçiriləcək VII Zirvə Görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, prezidentlərin görüşündən öncə keçiriləcək Şuraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu qatılacaq.
“Dövlət başçımızın Azərbaycana səfəri zamanı qardaşı Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək”, - deyə Türkiyə səfiri vurğulayıb.
814