Emin Həsənli: "Azərbaycan dövləti qaziləri, qazilər də dövləti dəstəkləyir"
"Azərbaycan dövləti hər zaman Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir".
APA-nın məlumatına görə, bunu Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş verən insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət daim bu insanları mənzillə, avtomobillə təmin edir, müavinət ayırır, onların övladları təhsil haqlarından azad edilir: "Dövlət tərəfindən şəhid ailələri, Qarabağ və Çernobıl əlillərinə göstərilən xüsusi diqqət göz önündədir. Qarabağ qaziləri Azərbaycanın qızıl fonduna daxildir. Çünki Vətəni qorumaq ən şərəfli işdir. Amma dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti qaziləri, qazilər də dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər aradan qaldırılacaq”.
904