Astarada sahilbərkitmə işlərinin görülməsi üçün 1 milyon manat ayrıldı - <span style="color:red;">SƏRƏNCAM
12 iyun 2019 18:01 (UTC +04:00)

Astarada sahilbərkitmə işlərinin görülməsi üçün 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncamla Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872
avatar

Oxşar yazılar