Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü - <span style="color:red;">YENİLƏNİB
29 aprel 2019 17:20 (UTC +04:00)

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü - YENİLƏNİB

Xarici İşlər naziri Elmar Məmmədyarovla Xorvatiya Baş nazirinin müavini, Xarici İşlər naziri arasında görüş keçirilib.
 
XİN-dən ONA-ya verilən məlumata görə, xorvatiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
 
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri zamanı 11 mart 2013-cü il tarixində Zaqrebdə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib. Səfər çərçivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirilib.
Görüş zamanı nazir Elmar Məmmədyarov, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.
 
Azərbaycan Prezidentinin ötən ilin sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan nazir Mariya Peyçinoviç Buriç iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumunun önəmini səsləndirən xanım nazir növbəti biznes forumunun yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirib.
 
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.
 
Tərəflər, Azərbaycan Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
 
 
13:00
 
Xarici İşlər naziri Elmar Məmmədyarovla Xorvatiya Baş nazirin müavini Xarici İşlər və Avropa məsələləri Naziri Mariya Peyçinoviç Buriç arasında görüş keçirilir. ONA-nın məlumatına görə, görüş təkbətək və geniş tərkibli keçiriləcək. Görüşdən sonra nazirlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, nazir daha əvvəl Xorvatiya-Azərbaycan biznes forumunda iştirak edib. Bu gün axşam saatlarında xorvatiyalı nazirin bu ölkənin Bakıda yeni səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911
avatar

Oxşar yazılar