Elmar Məmmədyarov Argentina Parlamentinin rəhbəri ilə görüşdü
29 aprel 2019 22:44 (UTC +04:00)

Elmar Məmmədyarov Argentina Parlamentinin rəhbəri ilə görüşdü

 
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.
 
ONA xəbər verir ki, görüşdə Emilio Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşün keçirildiyinə istinad edərək, iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından çox faydalı müzakirələrin aparıldığını vurğulayıb.
 
Görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub.
Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.
 
Nazir Elmar Məmmədyarov 2019-cu ilin mart ayında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.
 
Ölkələr arasında əlaqələrin inkişafı baxımından  parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov  bu səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 
Emilio Monzo nazir Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.
 
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar