Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
20 iyun 2019 01:41 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

0

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Lent.az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, görüş zamanı tərəflər geniş regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əlaqələrə dair geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1037

Oxşar yazılar