Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Ermənistanla sərhəddə DÜŞMƏN TƏXRİBATI
Bu barədə Lent.az-a DSX-nın mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, sentyabrın 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
2180