Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 oktyabr 2019 03:10 (UTC +04:00)

Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib

 
 
Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirilib. 
 
Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Respublikası Dövlət Himninin səslənməsinin ardınca, tədbirdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov 1991-ci ildə dövlət müstəqilliyinin bərpa
edilməsinin çağdaş tariximizin parlaq səhifəsi olduğunu bəyan edib. O, 28 il ərzində keçilən yola nəzər salaraq, Azərbaycanın üzləşdiyi çətinliklər, xüsusən Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin işğal edilməsi, bir milyondan artıq əhalinin məcburi köçkün və qaçqına çevrilməsinə baxmayaraq, ölkəmizin böyük tərəqqi yolu keçdiyini söyləyib.  
 
Daimi nümayəndə ümummilli lider Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində, dövlətçiliyimizin möhkəmləndirildiyini, müasir ordu qurulduğunu və iqtisadiyyatın inkişaf etdirildiyini vurğulayıb. F.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən dərin islahatlar ölkədə sabit siyasi sistemi təmin etməyə, əhalinin sosial rifahını daima artırmağa, Respublikamızın həm regional, həm də qlobal səviyyədə nüfuzunu yüksəltməyə imkan verib.
 
Təbdirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmiş Fransada Azərbaycan diasporunun üzvü, ölkəmizlə bağlı çoxsaylı yazıların müəllifi Şirin Melikoffa, Azərbayan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq həvaləsi əsasında, medalın təqdimetmə mərasimi olub.
 
Təltifə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edən Ş.Melikoffa ilk dəfə Azərbaycana 1970-ci illərdə getdiyini və o zamandan etibarən davamlı olaraq
ölkəmizlə təmasda qaldığını bildirib. O, hətta bir çox tarixi hadisələrin, o cümlədən 20 yanvar faciəsi günləri və 1991-ci il 18 oktyabrda Azərbaycanda olduğunu bildirərək, öz xatirələrini bölüşüb.
 
Qeyd edək ki, XX əsrin əvvəllərində Fransaya köç etmiş Azərbaycan mühacir nəslinin nümayəndəsi olan Ş.Melikoffun anası İren Melikoff da uzun illər Azərbaycan
daxil olmaqla, türk dünyası ilə bağlı araşdırmaları ilə tanınıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar