
Dariqa Nazarbayeva Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib
Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb.
Qazaxıstanda Sizi xeyirxah qardaşlıq və mənəvi birlik ənənələrinə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır və hörmət edirlər.
Bizim aramızda formalaşmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm.
Əminəm ki, ölkələrimizin konstruktiv əməkdaşlığı Sizin köməyinizlə qardaş xalqlarımızın tərəqqisi naminə bundan sonra da məhsuldar inkişaf edəcək.
Hörmətli Mehriban Arif qızı, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29