Çingiz Qənizadə seçicilərinə söz verdi
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Boşçalılar kəndində seçicilərlə görüş keçirib.
Lent.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onları dinləyib.
Kənd sakinləri deputatdan Boşçalılar kəndinə içməli su xəttinin çəkilməsi ilə bağlı xahiş ediblər. Beyləqan rayonundan keçən içməli su xətti təxminən 200 metr Boşçalılar kəndinin yaxınlığından keçir
Sakinlərin ikinci xahişləri kənd məktəbinin yenidən tikilməsi, yaxud da, məktəbin təmir edilməsi ilə bağlı olub. 200 nəfər üçün nəzərdə tutulan kənd məktəbində 267 şagird təhsil alır. 28 müəllim və 11 texniki heyət var. Bu da məktəbdə sıxlıq yaradıb.
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı Sərəncamlar və fərmanların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
740