Cəbhə xəttində öldürülən hərbiçimizin meyiti neytral ərazidən götürüldü
24 sentyabr 2019 09:37 (UTC +04:00)

Cəbhə xəttində öldürülən hərbiçimizin meyiti neytral ərazidən götürüldü

Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb.
 
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.  
 
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
 
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar