Bu ölkənin Azərbaycandakı səfiri geri çağırıldı
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev ölkə prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin edilib.
APA-nın “Nur.kz” saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.
B. İsabayev bu vəzifədə Kayrat Nurpeyisovu əvəzləyib.
Digər müvafiq qərarla B. İsabayev Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb.
Qeyd edək ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində çalışıb.
541