Bu ölkələrin xarici İşlər nazirləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
25 iyul 2019 18:53 (UTC +04:00)

Bu ölkələrin xarici İşlər nazirləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

 
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Venesuelanın paytaxtı Karakasda keçirilən konfransında iyulun 21-də qəbul edilən yekun bəyannaməsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək bird daha vurğulanıb.
 
Lent.az-ın  xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva öz rəsmi “Twitter” hesabında qeyd edib. 
 
Bəyannamə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər üzərində danışıqlar yolu ilə həll edilməsini təşviq edir. 
 
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü iyulun 18-21-də Karakasda keçirilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar