
Bakıda Yaponiya İmperatorunun taxta çıxması şərəfinə ziyafət təşkil olundu
Bu gün Yaponiyanın Bakıdakı səfirinin iqamətgahında İmperator Əlahəzrət Naruhitonun 1 may tarixində taxta çıxması şərəfinə ziyafət təşkil olunub.
APA-nın xəbərinə görə, ziyafətdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri qonaqları salamlayıb. Səfir İmperator Akihitonun 30 il imperatorluq etdikdən sonra 2019-cu ilin aprelində taxtdan çəkildiyini və Vəliəhd-şahzadə Naruhitonun imperator elan olunduğunu deyib.
Səfir qeyd edib ki, İmperator ailəsi dünyanın ən uzun davamlı irsi monarxiyası hesab edilir. Yaponiyalı diplomat ölkəsində yeni eranın, "Reiva" erasının başlandığını qeyd edib.
Daha sonra Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib. Yaponiya xalqını təbrik edən nazir Azərbaycan və Yaponiya arasındakı dostluq əlaqələrindən danışıb və bu əlaqələrin ötən illər ərzində daha da möhkəmləndiyini vurğulayıb.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45