Azərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü oldu
12 aprel 2019 15:07 (UTC +04:00)

Azərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü oldu

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Verilən məlumata görə, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar