
Azərbaycan və Belarus hərbi sahədə yeni böyük layihələr həyata keçirəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.
Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilib.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35