Azərbaycan hərbçiləri Almaniyadakı beynəlxalq təlimə getdilər
10 sentyabr 2019 11:25 (UTC +04:00)

Azərbaycan hərbçiləri Almaniyadakı beynəlxalq təlimə getdilər

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.
 
Lent.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.
 
Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.
 
Təlim sentyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar