Azərbaycanla Tacikistan arasında sənədlər imzalanıb
16 oktyabr 2014 12:41 (UTC +04:00)

Azərbaycanla Tacikistan arasında sənədlər imzalanıb

Azərbaycan -Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkənin sənədlərinin imzalanması mərasimi olub.“Azərbaycan Respublikası prezidentinin və Tacikistan Respublikası prezidentinin Birgə Bəyannaməsi”ni İlham Əliyev və Emoməli Rəhmon imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və sosial müdafiə naziri Salimzoda Nusratullo imzalayıblar.
“Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzalayıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Tengiz Məmmədov

Oxşar yazılar