Azay Quliyev: “Biz bir daha təsdiqlədik ki...”
08 iyul 2019 14:16 (UTC +04:00)

Azay Quliyev: “Biz bir daha təsdiqlədik ki...”

 
“Biz bir sıra mühüm sənədlərin qəbulu ilə nəticələnmiş çox məhsuldar müzakirələr keçirə bildik. Bu isə ATƏT Parlament Assambleyasının əhəmiyyətinin bilavasitə göstəricisidir və müvafiq olaraq dəyərləndirilməlidir. Məmnunam ki, Assambleya öz müvafiq qətnamələri vasitəsilə ATƏT-in prinsipləri, öhdəlikləri və dəyərlərinə sadiq qaldığını bir daha sübuta yetirmişdir”. 
 
Bu sözləri ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun 28-ci illik sessiyasının yekun plenar iclasında çıxışı zamanı söyləyib. O, qeyd edib ki, bu gün biz bütöv ATƏT regionuna güclü bir siqnal göndəririk ki, bizim prinsiplərimiz və öhdəliklərimiz ikili standartlar və coğrafi selektivlikdən azad şəkildə bərabər və şərtsiz tətbiq olunmalıdır. 
 
A.Quliyev çıxışında daha sonra bunları bildirib: 
 
“Biz bir daha təsdiqlədik ki, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri daxil olmaqla, Helsinki Yekun Aktının prinsipləri üzv dövlətlər arasında mövcud olan münaqişələrin həlli üçün bünövrəni təşkil edir. 
 
Biz həmçinin insan hüquqlarının və fundamental azadlıqların universallığını, eləcə də etnik və dini ayrı-seçkilikdən uzaq şəkildə bütün vətəndaşlarımıza münasibətdə bərabər qaydada tətbiq edilməli olduğunu təsdiqlədik. Bu, xüsusilə münaqişələr nəticəsində yaşadıqları yerləri zorla tərk etməli olmuş məcburi köçkünlərin insan hüquqlarının müdafiəsi üçün vacibdir. 
 
Mən həmçinin təmsil etdiyimiz ölkələrin vətəndaşlarının rifahının artırılması və iqtisadi inkişafa nail olmaq məqsədlərinə çatmaq üçün əməkdaşlığımızın əhəmiyyətini bir daha təsdiqlədiyimizlə bağlı məmnuniyyətimi bildirmək istərdim. Biz enerji mənbələrinin və onların təchizat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini vurğuladıq. Bununla yanaşı, biz ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi vasitəsilə əlaqəliliyin möhkəmləndirilməsi məqsədini güdən İpək Yoluna Dəstək Qrupunun məhsuldar iclasını keçirdik. Qrup dialoqun təşviqi və parlament nəzarətinin təmin edilməsi üçün səmərəli bir platformadır və mən bu təşəbbüsə daha çox yeni üzvlərin qoşulmasını salamlayıram. Sessiya göstərdi ki, bütün fərqlər və mümkün fikir müxtəlifliyinə baxmayaraq, biz, parlamentarilər, vahid məqsəd – Vladivostokdan növbəti İllik Sessiyamızın keçiriləcəyi Vankuverə qədər böyük bir ərazidə beynəlxalq hüquq və normaların təşviqi ideyası ətrafında birləşə bilirik”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar