ATƏT baş katibi: "Rusiya sülhün bərqərar olmasına yardım edəcək"
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin, həmçinin Ukrayna və Dnestryanı kimi münaqişələrin həllini tapılması istiqamətində aparılan danışıqlarda aparıcı tərəfdaşdır".
ONA-nın məlumatına görə, bu sözləri ATƏT-in baş katibi Tomas Qreminger Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
O bildirib ki, ATƏT ümid edir ki, Rusiya öz təsir imkanlarından istifadə edərək bu münaqişələrlə bağlı sülhün bərqərar olmasına yardım edəcək.
Qeyd edək ki, Tomas Qreminger Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Rusiyada səfərdədir.
642