Arif Hacılı Nəsib Nəsiblinin istefasından danışdı: [b]“Təəssüflənirəm..”[/b]
04 noyabr 2014 14:24 (UTC +04:00)

Arif Hacılı Nəsib Nəsiblinin istefasından danışdı: [b]“Təəssüflənirəm..”[/b]

 

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Nəsib Nəsiblinin partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.


 

A.Hacılı APA-ya açıqlamasında N.Nəsiblinin partiyadan çıxmaq haqqında qərarına təəssüfləndiyini deyib: “Nəsib Nəsiblinin partiya üzvlüyündən çıxması haqqında Xətai rayon təşkilatına ərizə göndərdiyi barədə mənə məlumat verilib. Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Onun partiyadan çıxmaq barədə qərar qəbul etməsinə görə təəssüf edirəm. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar