![Allahşükür Paşazadə Çeçenistana gedib](https://lent.az/storage/news/2019/august/23/big/d9471f3cf933d677b4e90e4f4a53675b.jpg)
Allahşükür Paşazadə Çeçenistana gedib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.
Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu nümayəndə heyəti Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 22-də Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)
Tovuzda erməni təxribatının qarşısı alındı
25 iyul 2024 , 16:05Yəhudinin arvadı və Kaliforniyanın baş prokuroru: Anası ona nə demişdi?
24 iyul 2024 , 20:15![Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0f8f12050c66a0f8f12050d172182552166a0f8f12050666a0f8f120509.jpg)
Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB
24 iyul 2024 , 16:51![Tramp amerikalılar arasında dəstəyini itirir – Əsas SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0cbba7d96c66a0cbba7d96d172181394666a0cbba7d96666a0cbba7d969.webp)