Ramil Usubov Belarusun Təhlükəsizlik Şurasının Dövlət katibi ilə görüşüb
19 sentyabr 2019 12:00 (UTC +04:00)

Ramil Usubov Belarusun Təhlükəsizlik Şurasının Dövlət katibi ilə görüşüb

Sentyabrın 18-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas arasında görüş olub.
 
APA xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ramil Usubov hər iki dövlətin başçıları - cənab İlham Əliyevin və cənab Aleksandr Lukaşenkonun siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd edib. O, eyni zamanda, ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.
 
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.
 
Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən S.Zas Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Belarus tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
 
Görüşün sonunda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti ilə Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibliyi arasında 2020-2021-ci illər üçün əməkdaşlıq Planı imzalanıb.
 
Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi S.Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə də ikitərəfli görüşləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar