Prezident İlham Əliyev Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, S.İsmayılov fəxri ada Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.