Odessada Müstəqillik Günümüz qeyd edildi - VİDEO
18 oktyabr Azərbaycan dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətiylə Odessa Azərbaycanlıları Konqresi və Odessa Dövlət Ekologiya universitetində təhsil alan "Gələcəyə körpü" gənclər təşkilatının fəalları fleshmob keçiriblər. Konqresin şöbə müdiri Anar Natiqoğlunun Lent.az-a verdiyi xəbərə görə, aksiyada universitetin prorektoru Mariya Kraçkovskaya təbrik nitqi söyləyib.
Həmin gün Odessa şəhərində daha bir aksiya keçirilib. Odessa Azərbaycanlıları konqresinin Gənclər üzrə şöbə müdiri, "Gələcəyə Körpü" gənclər təşkilatının baş koordinatoru Anar Ağayevin təşəbbüsü və Beynəlxalq Humanitar Universitetinin rektoru Konstantin Qromovenkonun göstərişi ilə təhsil ocağının qarşısındakı bayraq sıralamasında müqəddəs bayrağımız öz layiqli yerini alıb.
1824