Partiya üzvü olmayan deputatların MSK-dakı üzvü təyin edildi
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşib.
APA-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Rövzət Afət oğlu Qasımovun Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib və R.Qasımov Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.
586