"Bu problem aradan qalxacaq" - ƏLİ ƏHMƏDOV
22 iyul 2019 12:46 (UTC +04:00)

"Bu problem aradan qalxacaq" - ƏLİ ƏHMƏDOV

“Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur”.
 
APA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda mətbuat sərbəst fəaliyyət göstərir, mətbuat üçün heç bir maneə yoxdur.
 
Baş Nazirin müavini bildirib ki, hazırda sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib və bu, informasiyanın operativ çatdırılması baxımından əhəmiyyət daşıyır: “Lakin bu zaman məsuliyyət məsələsi ortaya çıxır. Çünki sosial şəbəkələrdə doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına rast gəlinir. Bu isə cəmiyyətdə çaşqınlıq və narahatlıq yarada bilər”.
 
Ə. Əhmədov qeyd edib ki, zaman ötdükcə bu problem aradan qalxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar