[b]Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirildi[/b]
15 aprel 2019 12:16 (UTC +04:00)

[b]Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirildi[/b]

Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, qurultayda çıxış edən komitə sədri Fuad Muradov diaspor təşkilatlarının birliyindən söz açaraq, bir çox ölkələrdə bu birliyinə nail olunduğunu deyib.
 
Onun sözlərinə görə, Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya və Belçikada azərbaycanlılar koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu”.
F.Muradov Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib: “Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək”.
 
Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradıldığını qeyd edib: “Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnanıram ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq”. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.
 
Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.
 
Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatın hər birindən 5 nəfər olmaqla İdarə Heyətinə üzvlər seçilib.
 
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar