[b]Türkiyə səfirindən erməni diasporuna MÜRACİƏT[/b]
"Türkiyə Ermənistana həqiqətlərin üzə çıxarılması üçün arxivlərin açılmasını təklif edib, bu təklif bu gün də qüvvədədir".
ONA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
E.Özoral deyib ki, Türkiyə Birinci Dünya müharibəsində daxildə ermənilərin xəyanəti ilə üzləşdi və müəyyən tədbirlər görmək məcburiyyətində qaldı: "Türkiyə və Azərbaycan həqiqətləri üzə çıxarmaq üçün birgə çalışır. Biz tariximizdə üzləşməkdən çəkinəcəyimiz, utanacağımız heç bir şey yoxdur. 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi təsadüfi deyil. Bu ordu ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların qarşısını almaq üçün gəlmişdi. 1990-cı illərdə azərbaycanlılara qarşı törədilən soyqırım hər kəsin gözü qarşısında oldu. Bu gün həmin soyqırımı törədənlər Ermənistanda qəhrəman kimi qəbul edilirlər. Anadoludakı, Ərzurumdakı, Qubadakı kütləvi məzarlıqların səbəbini necə açıqlayacaqsınız? Bu gün Türkiyəyə qarşı müxtəlif dövlətlərin parlamentlərinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarlarının heç bir əhəmiyyəti yoxdur. Buradan da onları xəbərdarlıq etmək istəyirəm. Buraxın, tarixçilər bu məsələni araşdırsınlar. Hələ də daşnakların arxivləri açılmayıb. Bur arxivlər də açılmalıdır ki. yalanlar üzə çıxsın. Bir daha erməni diasporunun rəhbərlərini haqq yoluna, o yalanlardan uzaq durmağa çağırıram. Həqiqətlər üzə çıxarılmalı və hər kəs əməlinin cəzasını çəkməlimdir. Bu günə qədər 34 türk diplomatı ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilib. Bu diplomatları qətlə yetirənlər, Xocalıda qətliam törədənlər məsuliyyətə cəlb olunmalıdır. Mən Anadolu və Azərbaycanda ermənilər tərəfindən qətlə yetirilənləri bir daha ehtiramla anıram".
725