<b>Sabah cəbhədə monitorinq keçiriləcək</b>
16 aprel 2019 19:05 (UTC +04:00)

Sabah cəbhədə monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. 
 
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar