Qanunu pozan hakimin səlahiyyətlərinə xitam veriildi
Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncamda qeyd edilib ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, 60 yaşlı İlyas Mahmudov 1993-2008-ci illərdə Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi idi.
1094