<b>Ötən il cəbhədə 24 dəfə monitorinq keçirilib</b>
10 aprel 2019 17:50 (UTC +04:00)

Ötən il cəbhədə 24 dəfə monitorinq keçirilib

2018-ci ildə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi təmas xəttində 17 dəfə və  Ermənistan-Azərbaycan sərhədində 7 dəfə monitorinq keçirib.
 
ONA xəbər verir ki, bu barədə ATƏT-in 2018-ci ilin yekunları ilə bağlı yaydığı hesabatda deyilir. 
 
Qeyd edilir ki, Yüksək Səviyyəli Planlaşdırma Qrupu may, iyul və noyabr aylarında, həmçinin həmsədrlər fevral, iyun və oktyabr aylarında regiona səfər ediblər. 
 
Həmçinin hesabatda bildirilir ki, tərəflərin təşəbbüsü ilə ofis avqust ayında təmas xəttində minaya düşmüş dinc sakinin meyitini çıxarmağa yönələn humanitar əməliyyatda iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar