[b]NK Aparatının rəhbəri vəzifəsini bu şəxs icra edəcək[/b]
04 may 2019 10:41 (UTC +04:00)

[b]NK Aparatının rəhbəri vəzifəsini bu şəxs icra edəcək[/b]

0
Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub. 
 
Bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.
 
O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: “Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.
 
Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1507

Oxşar yazılar