[b]Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb[/b]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
ONA xəbər verir ki, Birinci vitse-prezident Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədrini Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun Azərbaycanda hər zaman arzuedilən qonaq olduğunu deyib.
Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.
Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.
785