![[b]İranlı nazir Bakıya gəlir[/b]](https://lent.az/storage/news/2019/april/17/big/d9a09efc6b6fc2e128018cae172a367d.jpg)
[b]İranlı nazir Bakıya gəlir[/b]
İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani sabah Bakıya gəlir.
İranın Azərbaycandakı Səfirliyindən ONA-ya veirlən məlumata görə, iranlı nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək.
Səfər çərçivəsində Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və ehtiyat hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.
Nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir.
Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07