[b]Həmsədrlər regionda görüşəcək, sonra isə...[/b]
"Bu yaxınlarda həmsədrlər öz aralarında görüş keçirəcəklər və növbəti görüşlə bağlı təkliflərini verəcəklər".
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
“Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünə gəldikdə, öncə biz nazirlər yenidən görüşməliyik. Bu görüşdən sonra biz görsək ki, hansısa problemli məsələlər ortaya çıxır, o zaman ölkə rəhbərləri görüşəcəklər. Həmsədrlər çox güman ki, yaxın vaxtlarda regiona səfər edəcəklər".
859