[b]Gürcüstan XİN: Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib[/b]
14 may 2019 21:31 (UTC +04:00)

[b]Gürcüstan XİN: Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib[/b]

Gürcüstan Xarici İşlər Nazirliyi sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçirilən iclasına dair bəyanat yayıb.

 

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə tərəflər sərhədlərin delimitasiyası istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər.

 

Bildirilib ki, artıq həmin komissiya sərhədlərin delimitasiyasının 2/3-ni həyata keçirib. Tərəflər prosesin strateji tərəfdaşlıq ruhu çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, danışıqlar konstruktiv yanaşma ilə qonşuluq əlaqələri çərçivəsində həll olunmalıdır.

# 1674
avatar

Oxşar yazılar