[b]Ermənilər rusiyalı tarixçinin APA-ya müsahibələrindən istintaqa şikayət etdi[/b]
05 oktyabr 2017 15:49 (UTC +04:00)

[b]Ermənilər rusiyalı tarixçinin APA-ya müsahibələrindən istintaqa şikayət etdi[/b]

 

Ermənilər erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran rusiyalı tarixçi-alim Oleq Kuznetsovun APA İnformasiya Agentliyində dərc olunan müsahibələri ilə bağlı Rusiya İstintaq Komitəsinə şikayət ediblər.

 

Bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov özü məlumat verib.

 

Onun sözlərinə görə, şikayət ərizəsi Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Kirakosyan tərəfindən verilib: "Şikayət ərizəsində erməni vəkil mənim APA agentliyinə verdiyim son müsahibələrdə milli-etnik zəmində nifrətə çağırış cinayət əməlinin olmasını iddia edir". 

 

O. Kuznetsov ermənilərin ikinci şikayət ərizəsinin də Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyovun icraatına verildiyini bildirib: "Erməni vəkil "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyamla bağlı iddialarının perspektivsizliyini görüb haqqımda ikinci şikayət ərizəsini Rusiya İstintaq Komitəsinə verib. Ermənilər tələb edir ki, APA agentliyində dərc olunan müsahibələrimdə ermənilərə qarşı milli-etnik zəmində nifrətə təhrik əlamətlərinin olub-olmadığı araşdırılsın. Fikrimcə, noyabrın ortalarında İstintaq Komitəsi növbəti dəfə cinayət işinin açılmaması haqqında qərar çıxaracaq. Bütün bunlar onu göstərir ki, ermənilərin mənə qarşı iddiaları əsassızdır. Məncə, erməni vəkil Kirakosyan özü də bunu yaxşı başa düşür. Sadəcə erməni lobbisi tərəfindən ona bu iş üçün ayrılan pulları “yumaqla” məşğuldur”.

 

Rusiyalı tarixçi yaxın vaxtlarda ermənilərdən Rusiya İstintaq Komitəsinə şikayət edəcəyini də söyləyib: "İstintaq Komitəsinin ikinci şikayət ərizəsi ilə bağlı qərarını gözləyirəm. Bu qərardan sonra aktiv fəaliyyətə başlayacağam. Şərəf və ləyaqətimin qorunması və iş reputasiyama vurduqları zərərlə bağlı erməni vəkil Ruben Kirakosyandan şikayət edəcəyəm. Birinci şikayət ərizəsi ilə bağlı qərar göstərdi ki, ermənilərin mənə qarşı iddiaları əsassızdır. İndi ikinci şikayət ərizəsi ilə bağlı qərarı gözləyirəm. Bu qərardan sonra Ruben Kirakosyanın məsuliyyətə cəlb olunmasını istəyəcəyəm".

      

Qeyd edək ki, APA agentliyində O. Kuznetsovun erməni yalanlarına qarşı fəaliyyəti ilə bağlı çoxsaylı müsahibələr və məqalələr yayımlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

APA Baycan

Oxşar yazılar