[b]Əli Əhmədov diaspor təşkilatlarını tənqid etdi[/b]
"Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu yanlışdır".
ONA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar: "Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək".
Baş nazirin müavini qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib: "Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar. Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik".
860