[b]Azərbaycan Xalq Hərəkatı parçalandı[/b]
Azərbaycan Xalq Hərəkatı parçalanıb.
ONA-nın xəbərinə görə, bu gün hərəkatın 2 fərqli yerdə iclası keçirilir.
İclaslardan biri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında, digəri isə Gələcək Azərbaycan Partiyasının qərargahında baş tutub. Buna səbəb isə sabiq daxili işlər naziri İsgəndər Həmidovun hərəkatın ayrı iclasının keçirilməsini istəməsidir.
Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatının aprelin 1-də keçirilən iclasında İsgəndər Həmidovla Tural Abbaslı arasında qalmaqal baş verib. Tərəflər arasında mübahisə zamanı İ.Həmidov T.Abbaslıya əl qaldırmağa cəhd edib.
843